Bulvar və parkların çəpərləri sökülürbackend

Bulvar və parkların çəpərləri sökülür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda girişinə qadağa qoyulması səbəbindən bulvar və parkların ətrafında quraşdırılan dəmir məhəccərlərin götürülməsinə başlanılıb.

TİA.AZ xəbər verir ki, bu, bulvar, park və istirahət məkanlarına girişə qoyulan qadağanın bu gündən aradan qaldırılması ilə əlaqədardır.

Qeyd edək ki, mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülüb.

Mayın 4-dən isə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasında bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət götürülüb.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin gücləndirilməsilə haqqında qərarına əsasən martın 29-dan bütün bulvar, park və istirahət məkanlarına giriş məhdudlaşdırılmışdı.