Bülbülün xarabalığa çevirilmiş ev-muzeyi (FOTO)backend

Bülbülün xarabalığa çevirilmiş ev-muzeyi (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İran əsilli məşhur fransalı fotoqraf Rza Diqqəti öz “İnstagram” səhifəsində Azərbaycanla bağlı növbəti paylaşım edib.
TİA.AZ-ın məlumatına görə, fotoqraf Şuşa şəhərində görkəmli Azərbaycan opera müğənnisi Bülbülün dağıdılmış ev-muzeyini ziyarət edib.
O, öz paylaşımında bu ev-muzey barədə 1992-ci ildə Şuşa ermənilər tərəfindən işğal olunandan sonra heç bir məlumatın olmadığını qeyd edib.
Fotoqraf Bülbülün ev muzeyinə girəndə şoka düşdüyünü vurğulayıb. O bildirib ki, muzeyin içərisində hər şey qarət olunub, Bülbülün heykəlinin isə gözləri çıxarılıb.