Bu yolu keçmək üçün tullanmalısan – Fotobackend

Bu yolu keçmək üçün tullanmalısan – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Bakının Nərimanov rayonu Ələsgər Qayıbov küçəsində iri boru ilə kəsişən piyada yolunun fotoları yayılıb. 

“Qafqazinfo”nun məlumatına görə, şəkillərdən görünür ki, metronun “Bakmil” stansiyasının yaxınlığında yerləşən həmin ərazi piyadaların hərəkəti üçün ayrılıb və qarşıdakı avtomobil yolunun üzərində piyadaların rahat gediş-gəlişi üçün piyada xətti çəkilib. Lakin piyadalar kiçik yaşıllıq sahəni keçmək üçün ya yolu kəsən borunun üzərindən tullanmalı, ya da altından sürünərək keçməlidirlər.

Borunun hansı məqsədlə piyada yolundan çəkilməsi və hansı quruma aid olmasını aydınlaşdırmaq üçün ərazi üzrə Nərimanov rayon İcra Hakimiyyətinə zəng etdik. İcra Hakimiyyətinin Təsərrüfat şöbəsindən məsələdən məlumatsız olduqlarını, həmin boru ilə əlaqədar onlara hər hansı şikayətin daxil olmadığını bildirdilər: “Biz məlumatlı olmadığımız məsələ ilə bağlı nəsə deyə bilmərik. Bunun üçün İcra Hakimiyyətinə yazılı şəkildə müraciət edin, cavablandıraq”.

Qeyd edək ki, piyada yolunu kəsən borunun şəkilləri Arzu Rzasoya məxsusdur.