“Bu yol bizi qələbəyə aparır” – VİDEO,FOTObackend

“Bu yol bizi qələbəyə aparır” – VİDEO,FOTO

32 saylı Üçüncü Suraxanı Seçki Dairəsindən deputatlığa namizəd, Azərbaycan Milli Olimpiya Komitəsi NTK-nın sədri, Olimpiya kateqoriyalı Beynəlxalq dərəcəli hakim, idman ustası Hicran Şərifov seçicilərə görüşə Əmircan qəsəbəsinin Zahid Əliyev və Atamoğlan Rzayev küçələrindən başlayıb. Vaxtilə ermənilərin, hazırda isə məcburi köçkünlərin kompakt yaşadığı ərazidə baş tutan görüşdə 100-dən artıq seçici iştirak edib.

Öz növbəsində deputatlığa namizəd Hicran Şərifov söyləyib ki, onun ilk görüşünü məcburi köçkünlərin yaşadığı ərazidə keçirməsi təsadüfi deyil: “Qarabağ həsrəti bizim ən böyük nisgilimizdir. Mən özüm Qarabağ döyüşlərində iştirak etmişəm. Müharibənin nə olduğunu bilirəm. Əmircanda yaşayan məcburi köçkünlər bizim baxı-qardaşlarımızdır. Biz onlara xüsusi diqqət göstərməliyik. Məhz elə bu səbəbdən mən ilk görüşü məhz bu küçələrdə keçirmək qərarına gəldim”.

Çıxış edən məcburi köçkünlər bildiriblər ki, Hicran Şərifov bundan öncə də onların problemləri ilə yaxından maraqlanıb və məcburi köçkün ailəsindən olan gənclərə xüsusi qayğı göstərib. Onlar qeyd ediblər ki, Hicran Şərifovun sahibi olduğu “Cəngi” Güləş Klubuna çoxlu sayda məcburi köçkün gənclər cəlb olunub və onların arasında nailiyyətlər əldə etmiş idmançılar da var.

Səmimi ortamda keçən görüş zamanı seçicilər qarşıdan gələn növbədənkənar parlament seçkilərində Hicran Şərifova səs verəcəklərini və bunun həm də onların qələbəsi olduğunu bəyan ediblər.

Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki