Bu yeni növ pandemiyanın və ya qorxulu 4-cü dalğanın başlanğıcı ola bilər – Professorbackend

Bu yeni növ pandemiyanın və ya qorxulu 4-cü dalğanın başlanğıcı ola bilər – Professor

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Koronavirus çoxsaylı mutasiyalara malikdir. Onun “Delta+” ştammı daha təhlükəlidir. Alimlər bunu yeni növ pandemiyanın və yaxud qorxulu 4-cü dalğanın başlanğıcı kimi dəyərləndirirlər”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Professor bildirib ki, hazırda Rusiya, Türkiyə və  Gürcüstanda yeni ştammın tapılması Azərbaycanı narahat edir:
“Azərbaycan qloballaşan dünyanın bir hissəsidir, biz də ehtiyyatlı olmalıyıq. Uşaqların vaksinasiya burada da gündəmə gələ bilər. İnsanlar vaksinasiyaya loyal yanaşmalıdır, onun əlehinə təbliğat aparılmamalıdır. Qapalı mühitdə karantin qaydalarını gözləmək lazımdır. Mümkün qədər təmaslar az olmalıdır ki, biz xətəliyə az yoluxaq”.
Professor “Delta+”-un daha təhlükəli olduğunu qeyd edib:
“Bu virus dünyada geniş yayılsa, yeni növ qadağalara gətirib çıxarda bilər”.