Tribuna İnformasiya Agentliyi

“Bu yaz özün bir təbiət yarat!” kampaniyası davam edir

18 Mart

“Bu yaz özün bir təbiət yarat!” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən respublikanın rayonlarında da yaz ağacəkmə aksiyaları davam edir.

Nazirlikdən TİA.AZ-a verilən məlumata görə, qurumun Regional Meşə Təsərrüfatı Mərkəzlərinin və yerli idarəetmə orqanlarının əməkdaşları tərəfindən Tovuz rayonunda 5 hektar ərazidə 2500 ədəd badam və ərik ağacları, Şəmkir rayonunda 4 hektar ərazidə 2500 ədəd şam, xurma və alma, Oğuz rayonunda isə 1 hektar ərazidə 500 ədəd şam, çinar və ağcaqayın ağacları əkilib.

Yaz ağac əkini aksiyaları respublikanın digər rayonlarında da davam etdirilir.