Bu yaz 730 mindən çox ağac əkilib – Nazirlik (FOTO)backend

Bu yaz 730 mindən çox ağac əkilib – Nazirlik (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu TİA.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.

O, qeyd edib ki, eyni zamanda vətəndaşlara, icra hakimiyyətlərinə, dövlət və özəl təşkilatlara Nazirliyin tinglik sahələrində yetişdirilən 60 mindən çox müxtəlif cinsli ağac tingi paylanılıb.

“Yaz ağac əkini çərçivəsində keçirilən ağacəkmə tədbirləri ilk gündən ictimaiyyət tərəfindən geniş maraq və böyük coşqu ilə qarşılanıb. Bu tədbirlərdə dövlət qurumları, özəl şirkətlər, media nümayəndələri, könüllülər, ictimaiyyət xüsusi fəallıq göstərib”.S.Məmmədova yaz ağac əkininin uğurla həyata keçirilməsinə, yaşıllıqların genişləndirilməsinə verdikləri töhfəyə görə bütün tərəfdaşlara dərin minnətdarlığını bildirib, payız ağacəkmə aksiyalarında da ictimaiyyətdən, tərəfdaşlardan və könüllülərdən eyni coşqu ilə dəstək gözlədiyini qeyd edib.

Nazirlik rəsmisi onu da qeyd edib ki, yaz əkin mövsümündə əkilən ağaclar xüsusi diqqət və qulluq tələb edir.

“Buna görə də, vətəndaşlarımızdan paylanmış ağac tinglərinin bitiş faizinin yüksək olması və düzgün inkişaf etməsi üçün onlara xüsusi qayğı ilə yanaşmalarını xahiş edirik”, – deyə o bildirib.