Bu xəstəliklərdən əziyyət çəkənlər sosial müavinət – ALA BİLƏCƏKbackend

Bu xəstəliklərdən əziyyət çəkənlər sosial müavinət – ALA BİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 19-da Milli Məclisin Səhiyyə komitəsinin iclasında “Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi müzakirə olunub.

TİA.AZ xəbər verir ki, qanun layihəsi onkoloji xəstələrin, eləcə də dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və (və ya) əmək pensiyası almaq hüququnu müəyyənləşdirir.

Dəyişikliyə əsasən, “Onkoloji yardım haqqında” Qanunun onkoloji xəstələrin sosial müdafiəsinə dair 9-cu maddəsi və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanunun bu xəstəliyə tutulmuş şəxslərin sosial müdafiəsinə dair 9-cu maddəsi yeni redaksiyada veriləcək.

Layihə birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub. (Qafqazinfo)