Bu ukraynalı qız rus əsgərlərinin kabusuna çevrilib – FOTObackend

Bu ukraynalı qız rus əsgərlərinin kabusuna çevrilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rus əsgərlərinin kabusu olan ukraynalı qadın döyüşçü ilk dəfə üzünü göstərib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bütün dünyanın yaxından izlədiyi Rusiya-Ukrayna müharibəsi davam edərkən “Kömür” ləqəbli snayperçi ilk dəfə üzünü göstərib.
Onun əsl kimliyi məlum olmasa da, o, Ukraynanın Rusiya qüvvələrinə qarşı müqavimətinin simvoluna çevrilib.
Britaniyanın “The Times” qəzeti snayperçinin cəbhə xəttində döyüşdüyünü yazıb.
Həmçinin “Bunlar insan deyil, hətta faşistlər də onlar qədər rəzil deyillər. Biz onları məğlub etməliyik”, – Kömür rus qoşunları haqqında deyib.
Kömür Putinin ordusu ilə sona qədər mübarizə aparacağına söz verib.
Qeyd edək ki, qadın snayperçi İkinci Dünya Müharibəsində 309 nasisti öldürdükdən sonra “Ölüm Leydisi” ləqəbini alan əfsanəvi ukraynalı snayperçi Lyudmila Pavliçenko ilə müqayisə edilir.