Bu “uğur” əhalinin həyat səviyyəsinin kəskin pisləşməsini də göstərir (ŞƏRH)backend

Bu “uğur” əhalinin həyat səviyyəsinin kəskin pisləşməsini də göstərir (ŞƏRH)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Sonuncu valyuta hərracında təlabatın 31 milyon dollar təşkil etməsi, Azərbaycan kimi sənaye və kənd təsərrüfatı mallarında xarici idxaldan asılı olan ölkə üçün heç də yaxşı göstərici deyil”. 
Qaynarinfo xəbər verir ki, bu sözləri iqtisadçı Qaşqay İsmayıl valyuta hərracında tələbatın kəskin aşağı düşməsini şərh edərkən bildirib.
Onun sözlərinə görə, hərrac hökumətin valyutaya təlabatın qarşısını almaq üçün tətbiq etdiyi anormal metodların “uğurunu” göstərir, lakin bu “uğur” əhalinin həyat səviyyəsinin kəskin pisləşməsinin də göstəricisidir:
“2014-cü ildən etibarən Rusiyada Azrbaycandakı qədər anormal olmasa da, valyutaya təlabatın qarşısının alınması kursu aparılır. Eyni situasiya Argentina və Braziliya kimi ölkələrdə də müşahidə edilir. Valyuta gəlirləri kəskin azalan bir sıra ölkələr, dollara olan təlabatı inzibati yollarla azaldaraq, milli valyutalarının devalvasiyasının, inflyasiyanın qarşısını almağa çalışırlar.
 
Lakin bu kurs heç də həmişə əhalinin xeyrinə işləmir. Əksinə, əhalinin sosial-iqtisadi vəziyyəti belə tədbirlər nəticəsində daha da pisləşir. Çünki iqtisadiyyat süni olaraq sıxılır, pul kütləsi dövriyyədən çıxarılır, iş yerləri bağlanır, ticarət və xidmət sektorlarının həcmində azalma qeydə alınır.
Bazar iqtisadiyyatı prinsipləriylə daban-dabana ziddiyyət təşkil edən bu tədbirlər, büdcədən maliyyələşən təbəqəyə əsaslanan hökumətlər üçün müvəqqəti çıxış yolu kimi görsənə bilər. Amma uzunmüddətli perspektivdə belə tədbirlər ölkə iqtisadiyyatını sıradan çıxarır və əhalinin bütün təbəqələrinin
yoxsullaşmasına gətirir”.