Bu tərəvəzlərin qiyməti bahalaşdı (VİDEO)backend

Bu tərəvəzlərin qiyməti bahalaşdı (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yayın bitməsinə az vaxt qalıb. Hazırda bütün evlərdə qışa tədarük görülür. Mürəbbələr bişirilir, turşular hazırlanır.

Bazarlarda istənilən növ meyvə-tərəvəzə rast gəlmək olur. Yəni qıtlıq yoxdur, əksinə bolluqdur. Qiymətlər də həmişəki kimi fərqlidir.
Yay fəsli başlayandan qiyməti həmişə müzakirələrə səbəb olan pomidor hazırda 50 qəpik – 1 manat arasında satılır. Bununla belə bazarda 2 manata olan pomidorlara da rast gəlmək mümkündür.Satıcılar isə satdıqları məhsulun baha olmadıqlarını deyir.Qarpızın kiloqramının qiyməti 20-25 qəpik, hazırda böyük təlabat olan kələmin qiyməti isə 40 qəpikdir. Meyvələrin qiyməti isə ötən həftələrdə olduğu kimidir, dəyişiklik yoxdur.