Tribuna İnformasiya Agentliyi

Bu telefonlardan istifadə edənlərə “Facebook”dan qadağa

02 İyul
“Samsung”un köhnə telefon modelləri üçün “Facebook” dövrü başa çatıb.
Qaynarinfo xəbər verir ki, “Facebook” 30 iyundan etibarən 2012-2014-cü illərdə istehsal olunan “Samsung” modellərində Qalereya, Təqvim və Brifing tətbiqləri ilə əlaqəsini dayandırıb. Belə ki, artıq bu proqramlarda “Facebook”la əlaqə yaratmaq mümkün olmayacaq.
Təsirə məruz qalan sistemlər Kitkat, Lollipop və Marshmallow, modellər isə Galaxy S4, Galaxy Note 4 ve Galaxy Tab S-dir.
Dəyişikliyə əsasən Facebook köhnə Samsung modellərinin daxili proqramları ilə əlaqəsini dayandırıb. Əgər Facebook qalereyanıza, təqviminizə və digər yerlərə yuxarıda adıçəkilən cihazlardan girmək istəsəniz, bunun üçün ya Facebook və Facebook Lite əlavəsindən, ya da brouzerdən istifadə etməli olacaqsınız.
30 iyundan əvvəl yüklədiyiniz məlumatlara daxil ola bilərsiniz, lakin 30 iyundan etibarən əlaqə dayandırıldığı üçün məlumat alış-verişi mümkün olmayacaq.
Sözügedən yeniliyə görə təsirə məruz qalan istifadəçilər böyük ehtimalla Samsungdan xəbərdarlıq mesajı alacaqlar.