Bu şirkət cərimələndibackend

Bu şirkət cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Xaçın Çay” Təmir-Tikinti Kooperativi ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına görə inzibati qaydada 8 min manat cərimə edilib.
TİA.AZ BakuPost-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi şirkəti İnzibati Xətalar Məcəlləsinin 275.2-ci (ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə) maddəsi ilə təqsirli bilib.
“Xaçın Çay” Təmir-Tikinti Kooperativi qərardan apelyasiya şikayəti verib.