Bu şəxslərə banklar kredit vermir – VİDEObackend

Bu şəxslərə banklar kredit vermir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əksər banklar əlilliyi olan şəxslərə kredit verməkdə maraqlı deyil.

Tia.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bu cür problemlə üzləşənlərdən biri də görmə qabiliyyətini itirmiş Səftər Əliyevdir. Onun dediyinə görə, dəfələrlə istehlak krediti üçün müxtəlif banklara müraciət etsə də, bütün cəhdləri cavabsız qalıb.

Hüquqşünas Anar Ramazanov bildirir ki, əlilliyi olan şəxslər də bütün vətəndaşlar kimi kredit almaq hüququna malikdirlər. Ancaq Bankların özünəməxsus kredit siyasəti var. Buna görə də, kredit verilərkən risk ehtimalları nəzərə alınır.Anar Ramazanovun fikrincə bu cür hallarda banklar risk ehtimalını minimuma endirə bilərlər.

Hüquqşünas həmçinin deyir ki, əgər bank heç bir əsas göstərmədən əlilliyi olan şəxsə kredit verməkdən imtina edərsə, bu zaman vətəndaş həm Mərkəzi Banka, həm də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilər.