Bu şəxslərə 46 gün məzuniyyət veriləcək – YENİLİKbackend

Bu şəxslərə 46 gün məzuniyyət veriləcək – YENİLİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda Vətən müharibəsi qəhrəmanları ilə bağlı yeni imtiyazlar müəyyən edilir.

TİA.AZ bildirir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri müzakirəyə çıxarılıb.

Dəyişikliklər haqqında deputat Arzu Nağıyev məlumat verib. A.Nağıyev bildirib ki, Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, Vətən müharibəsi qəhrəmanlarına məzuniyyət verilməsi qaydası müəyyənləşir. Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Vətən müharibəsi qəhrəmanlarına məzuniyyət 46 təqvim günündən az olmayaraq veriləcək.

A.Nağıyev qeyd edib ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə Vətən müharibəsi qəhrəmanlarına vergi güzəştləri tətbiq ediləcək: “Dəyişikliyə əsasən, gəlir vergisindən azadolmalar və güzəştlərin əhatə dairəsi genişləndirilir. Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq”.

Qanun layihələri müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.