Bu şəxslər seçki komissiyasına üzv ola bilməzbackend

Bu şəxslər seçki komissiyasına üzv ola bilməz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ötən iclasda 125 dairə seçki komissiyasını formalaşdırdıq”.
TİA.AZ-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında MSK sədri Məzahir Pənahov bildirib.
Onun sözlərinə görə, artıq DSK-nın katibləri seçilib və fəaliyyətdədir:
“Növbəti addım məntəqə seçki komissiyalarının formalaşdırılması ilə bağlıdır. Məntəqə seçki komissiyaları formalaşdırılarkən nəzərə alınmalıdır ki, MSK tərəfindən buraxılmış məntəqə seçki komissiyalarının üzvləri heç bir seçki komissiyasında üzv kimi iştirak edə bilməzlər. Buraxılmış seçki komissiyalarının üzvlərinin siyahısı DSK-lara göndərilməlidir ki, bu, nəzərə alınsın”.