“Bu şəhərdə”nin Sumqayıtda konsertinə icazə verilmədibackend

“Bu şəhərdə”nin Sumqayıtda konsertinə icazə verilmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu şəhərdə”yə Sumqayıtda konsert verməyə icazə vermədilər.
TİA.AZ xəbər verir ki, bu barədə “Bu şəhərdə” prodakşının prodüseri və ssenaristi Müşviq Abbasov öz “Facebook” profilində yazıb.

Qeyd olunub ki, martın 1-2-si üçün nəzərdə tutulan proqram baş tutmayacaq:

 

“Artıq 15 gündür ki, Sumqayıt şəhəri İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova və onun müavini Teymur Səmədova konsertlə bağlı yazdığımız məktuba cavab gəlməyib. Teymur müəllim telefon zənglərimizə də cavab vermir. Buna görə də martın 1-i və 2-si “Bu şəhərdə”nin Sumqayıtda nəzərdə tutulmuş konserti olmayacaq.

Nəzərinizə çatdırım ki, Bakı, Moskva, London, Riqa, Köln, Tiflis və bir çox şəhərlərdə kimsə konsert verəndə həmin yerin icra hakimiyyətindən icazə almağa ehtiyac yoxdur. Sadəcə, konsert keçirəcəyin zalnan danışılır. Sumqayıtda isə mütləq icra hakimiyyəti icazə verməlidir. Dünyanın 40-dan çox şəhərində 300-dən çox konsert verən “Bu şəhərdə”yə Sumqayıtda icazə vermədilər”.

 


Bulud VPS
9.99 ₼ -dan başlayan qiymətlərlə
* 25 GB SSD Disk Həcmi
* 1 vCore
* 1 GB RAM
* 1TB Trafik
* 1 IPv4 ünvan
Daha geniş məlumat almaq istəyirsinizsə daxil olun: https://hostimul.com/cloud-vps-hosting/