Bu şəhərdən Bakıya uçuşlar bərpa edilirbackend

Bu şəhərdən Bakıya uçuşlar bərpa edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın daha bir şəhərindən Bakıya uçuşlar həyata keçiriləcək.

TİA.AZ  RBK-ya istinadən xəbər verir ki, Nijni Novqorod şəhərinin “Striqino” beynəlxalq aeroportu xarici ölkələrə uçuş cədvəlini yeniləyərkən ora Bakı (Azərbaycan) istiqamətini də salıb.

Belə ki, fevral ayının 17-dən adıçəkilən şəhərdən paytaxtımıza reyslər həyata keçiriləcək.

Xatırladaq ki, daha əvvəl AZAL və Rusiyanın “Aeroflot” aviaşirkəti Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlanacağını açıqlamışdı.