Bu şəhərdə Rusiyanın 400 əsgəri məhv edildibackend

Bu şəhərdə Rusiyanın 400 əsgəri məhv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukraynanın Kreminna şəhərində baş verən partlayişlar nəticəsində Rusiya ordusunun 400 nəfərə yaxın əsgəri həlak olub və xeyli ağır texnikası sıradan çıxıb.
TİA.AZ Unian-a istinadla xəbər verir ki, bu barədə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.
“Kreminnada partlayışlar bir neçə yerdə – komanda məntəqələrində, kazarmalarda, texnikanın təmiri və saxlanması üçün bazalarda baş verib. Bu partlayışlar nəticəsində rus işğalçılarının itkiləri 400 nəfərədək şəxsi heyət və 100-ə yaxın ağır texnika təşkil edir”.
Qayday qeyd edib ki, şəhərin atəşə tutulması davam edir və yeni itkilər gözlənilir.
Xatırladaq ki, Kreminna şəhəri aprelin 18-də ruslar tərəfindən işğal olunub. .
Ukrayna Silahlı Qüvvələrinin bu şəhər uğrunda işğalçılara qarşı mübarizəsi davam edir. Sentyabrın 3-də Sergey Qayday bildirmişdi ki, Ukrayna ordusu Kreminna şəhərinə hücum edib və 300-dən çox rus hərbçisini məhv etməyə nail olub.