“Bu səfərlər böyük tarixi əhəmiyyət kəsb edir”-Şəhla Fətullayevabackend

“Bu səfərlər böyük tarixi əhəmiyyət kəsb edir”-Şəhla Fətullayeva

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş torpaqlarımıza səfərlərini Ölkəmizin bütün vətəndaşları diqqətlə izləyirlər. Bu səfərlər böyük tarixi əhəmiyyət kəsb edir.Möhtərəm Prezidentimiz İ.Əliyevin bu səfərlər zamanı səsləndirdiyi fikirlər həm ölkə daxilində, həm də beynəlxalq arenada böyük əks-səda yaratmışdır. Azərbaycan vətəndaşı Ölkəmizin həm bu günü, həm də gələcəyi ilə bağlı yürüdülən bu siyasəti alqışlayır və bununla bağlı strateji hədəflərə çatmaq üçün imzalanan sənədlərin tarixi dəyərini tam mənası ilə dərk edir.

İşğaldan azad olunmuş torpaqlarımızın bərpası ilə bağlı yürüdülən siyasətin mərkəzində bir amilin – Azərbaycan vətəndaşlarının milli maraqlarını əks etdirən «azərbaycançılıq»  amalının dayandığı danılmaz faktdır.Bu Dəmir yumruq əməliyyatı vasitəsi ilə düşmənlərimizə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusunun və Ali Baş Komandanımızın əzmi, iradəsi və xalqın zəfər yürüşünün parlaq xəritəsidir. Bu xəritənin planını Ölkəyə rəhbərlik etdiyi müddətdə dərin siyasi intellekti ilə hazırlayan və xalqımızı addım-addım qələbəyə yaxınlaşdıran məhz Cənab İlham Əliyevdir.Prezidentimiz : «Qarabağ bizimdir» , « Qarabağ Azərbaycandır» , «Bizim Qələbəmiz tarixi Qələbədir» , «Biz tarixi ədaləti bərpa etdik» kimi tezisləri ilə bizi bir daha AXC- Musavat cütlüyünün yürütdüyü çirkin siyasətin tam ifşa olunmağını və Şanlı Qələbəmizin əhəmiyyətini anlamağa sövq edir. Bəli, keçmişimizin səhvlərindən ibrət götürməyi bacarmalıyıq ki, gələcəyimizin əmin əllərdə olduğunu dərk edək.

Qızılağac kənd Sübhan Xəlilov adına tam orta məktəbin direktoru Şəhla Fətullayeva

17.02.2021-ci il.