“Bu şəbəkəyə dəstək verənlər cəzalansın” – deputatbackend

“Bu şəbəkəyə dəstək verənlər cəzalansın” – deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşları daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri ilə Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş F.Fərəcov saxlanılıb.

Onun üzərindən 1 bükümdə psixotrop maddə metamfetamin, 1 bükümdə narkotik vasitə heroin aşkarlanıb.

Millət vəkili Fazil Mustafa artıq parlamentdə də müzakirə edilən problemə qarşı mübarizə barədə “Sherg.az”a danışdı:

“Düzdür, psixotrop maddəni yayanlar və satanlar məsuliyyətə cəlb edilib. Amma şəbəkə kifayət qədər genişdir. Odur ki, cəmiyyət bütünlüklə bu prosesdə iştirak etməlidir. Sözügedən şəbəkəyə dəstək verənlər var. Onlar ifşa edilməli və cəzalanmalıdırlar. Əks halda sonrakı proseslər arzuolunan nəticə verməyəcək”.