Bu sahələr üzrə işləyənlərin sayına qoyulan məhdudiyyətlər ləğv olundubackend

Bu sahələr üzrə işləyənlərin sayına qoyulan məhdudiyyətlər ləğv olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabineti yanında Operativ Qərargah aşağıda qeyd olunan sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətləri ləğv edib.

TİA.AZ xəbər verir ki, bu sahələrə aşağıdakılar daxildir.

–    Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

–    Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

–    Mühəndislik və layihələndirmə xidmətləri;

–    Qablaşdırma məhsullarının istehsalı;

–    Daş, metal və taxta məhsullarının istehsalı;

–    Mebel istehsalı və təmiri;

–    Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;

–    Tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;

–    Onlayn satışlar;

–    Kimyəvi təmizləmə;

–    Mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;

–    Avtomobillərin təmiri;

–    Avtomobil yuyulma məntəqələri;

–    Heyvan sığınacaqları;

–    Tərcümə xidmətləri.