Bu şəhərlərdə turistlərin sayı yerli sakinlərdən çoxdurbackend

Turist sayının yerli sakinlərdən çox olduğu şəhərlər açıqlanıb. Bu barədə “Daily Mail” tədqiqata əsasən yazıb.

Qeyd edilir ki, ən çox gəlmələr Mayamidədir. Şəhərdə hər 100 yerli sakinə 1641 turist düşür. Səyahətçilərin ikinci sevimli şəhəri isə Las-Veqasdır – hər 100 sakinə 993 qonaq. Dubayda istirahət edənlərin sayı yerli sakinlərdən, demək olar, altı dəfə çoxdur.

Edinburqda bu nisbət 100-ün 445-ə, Dublində 100-ün 427-yə, Honkonqda 100-ün 398-ə, San-Fransiskoda isə 100-ün 392-yədir.