Tribuna İnformasiya Agentliyi

Bu restoranlar 6 min manat cərimə olunacaq – VİDEO

14 Sentyabr

Restoranlarda menyuda göstərilən qiymətlərdən əlavə olaraq, müştərilərə başqa qiymətlər deyilir. Bu da təbii ki, restoranla müştəri arasında narazılıqlara səbəb olur. Belə hallarda qanun nə deyir, çünki bu müquqların pozuntudur.

Bu haqda ARB TV-nin “Günə Doğru” verilişində maraqlı sujet yayımlanıb.

Tahir Əlirzayev-Hüquqşünas: “Bu cür xətaya görə həmin hüquqi şəxs 6 min manata qədər inzibati qaydada cərimə nəzərdə tutulur”.

Hətta mənəvi ziyana görə restorandan təzminat tələb etmək olar ki, niyə məni qiymətdə aldatmısan?!

Eyyub Hüseynov – Azad İstekçılar Birliyinin sədri: “İstehlakçıdan artıq pul almaq artıq istehlakçının hüququnun pozulması və aldadılmasıdır. Əgər istehlakçı şikayət edərsə qarşı tərəfi cərimə gözləyir”.

Ona görə diqqətli olun, menyudakı qiymətlərdə dəyişiklik var və ya menyumuzda filan yemək yoxdur amma qiyməti filan qədərdir deyən restoran əslində qanunu pozur. Çünki bu peşəkarlıqdan uzaqdır.

Güləli Hadıyev – Restoran direktoru: “Menyuda olan qiymətlər əskini tapmalıdır. Hansı ki, hesabatdan çıxan qiymətlərlə. Buna əməl etməyən həmkarlarımızdan da xahiş edirəm ki, bu neqativ hallara getməyəsiz”.

Bəli, qeyri-neft sektorunun inkişafı dedikdə ilk yada düşən sahələrdəndir, turizm. Yerli əhalidən başqa menyusuz və ya elə menyu ilə də qiymət kələyi turistin başına gələrsə o axı ölkəmizi hansısa restoranın dələduzluğuna görə neqativ tanıyacaq.

Menyusuz və ya normal menyusu olmayan restoranlara nümunə olsun, işlərini peşəkar qursunlar. Restoran işi, elə obyekt olsun işlədim demək deyil, bu bir sənətdir. Sənətin sənatkarı olun.