Tribuna İnformasiya Agentliyi

Bu rəsm 44 milyona satıldı

06 Dekabr

Çinin paytaxtı Pekində keçirilən hərracda XIII-XIV əsrə aid rəsm əsəri 303,6 milyon yuana (44 milyon ABŞ dollar) satılıb.  

Çinin paytaxtı Pekində keçirilən hərracda XIII-XIV əsrə aid rəsm əsəri 303,6 milyon yuana (44 milyon ABŞ dollar) satılıb. 

Bu, cari ildə Çin incəsənət əsərinin ən yüksək məbləğdə satışıdır.

TİA.AZ Azərtac-a istinadən xəbər verir ki, “Poly İnternational” şirkətinin təşkil etdiyi hərracda qeyd olunan əsər başlanğıcda 9,87 milyon dollara təklif olunsa da, 40 dəqiqə ərzində qiymət 44 milyon dollar çatıb.

Tan sülaləsinin beş şahzadəsini əks etdirən əsər tarix boyu bir neçə imperatorun şəxsi kolleksiyasını bəzəyib. Ehtimal olunur ki, əsərin müəllifi olan Ren Renfa (1254–1327-ci illər) adlı rəssam Yuan sülaləsinin hakimiyyət illərində yaşayıb yaradıb. O, rəssamlıqla yanaşı, Yuan sülaləsinin sarayında imperiyanın su işlərinə cavabdeh olub. Ren Renfanın 8 əsəri Çin Milli Muzeyində saxlanılır.