Bu rayon və şəhərlərdə həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılacaq – RƏSMİbackend

Bu rayon və şəhərlərdə həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılacaq – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında həftəsonları (25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək; 1 avqust saat 00:00-dan 3 avqust saat 06:00-dək) bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Bu barədə   Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.