Bu qurumların da əməkdaşlarının maaşları artırıldıbackend

Bu qurumların da əməkdaşlarının maaşları artırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Prezident İlham Əliyev daha bir qurup dövlət qulluqçusunun maaşlarının artırılması barədə fərmanlar imzalayıb.
TİA.AZ xəbər verir ki, fərmanlara əsasən, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının, Fövqəladə Hallar Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.
Bu qurumların dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları da orta hesabla 20 faiz artırılıb.
Bu fərmanlar 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.