“Bu qərar sadə vətəndaşların marağındadır”-Türkiyəyə şəxsiyyət vəsiqəsi iləbackend

“Bu qərar sadə vətəndaşların marağındadır”-Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qanun Azərbaycan vətəndaşlarının vizadan azad səyahət çərçivəsində Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər etməsini nəzərdə tutur. Qanuna əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (biometrik məlumatları ehtiva edən yeni tip vəsiqə) Türkiyə Respublikasına səyahət edən Azərbaycan Respublikası vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısına daxil edilib.

Mövzu ilə bağlı Tia-az-a danışan politoloq Xəyal Bəşirov deyib ki, bu qərar təkcə dövlətin yox, həm də sadə vətəndaşların marağındadır;

“Bu qərar Azərbaycan tarixində bir ilkdir. Hesab edirəm ki, bu məsələ Azərbaycan- Türkiyə münasibətlərinə təkcə siyası yox həm də iqtisadi baxımdan öz təsirini göstərəcək. Bu gündən etibarən sözügedən qərar qüvvəyə minir. Bu qanun haqqında danışarkən 44 günlük müharibədən sonra qəbul edilən 10 noyabr bəyənnatında Naxçıvan dəhlizinin açılması ilə bağlı məsələni də mütləq şəkildə qeyd etmək lazımdır. Çünki bu günə qədər Azərbaycan Respublikasının ərazisindən Türkiyəyə Naxçıvan istisna olmaqla digər ərazilərdən quru yolla səfər etmək mümkün deyildi. Ancaq dəhliz açıldıqdan sonra həm vətəndaşlar həm də yüklərimiz Türkiyəyə rahatlıqla daxil olacaq.

Təbii ki, bu hal iqtisadi münasibətlərə də öz təsirini göstərəcək. Digər tərəfdən bu məsələ təkcə Azərbaycanla Türkiyənin maraq dairəsində olan bir məsələ deyil. Belə ki, Naxçıvan dəhlizinin açılması ilə Aralıq dənizi daxil olmaqla Qərbdən Xəzər dənizi və Türkiyə vasitəsilə Şərqə doğru uzanan iqtisadi zolaq yaranmış olacaq.
Hesab edirəm ki, bu qərar yalnız dövlətlərin yox, həm də hər iki dövlətin sadə vətəndaşlarının marağındadır.”

Aytac Sahəd

TİA.AZ