Bu qəbiristanlıqda 9 ay yaşayana 7500 DOLLAR VERİLƏCƏK – FOTO-VİDEObackend

Bu qəbiristanlıqda 9 ay yaşayana 7500 DOLLAR VERİLƏCƏK – FOTO-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Nyu-York şəhərində yerləşən Qrin-Vud qəbiristanlığı “art-iqamətgah” (artist-in-residence) layihəsinə start verib. Layihə çərçivəsində dəvət olunan ilk rəssama mənzil və maaş təklif ediləcək.

Bu qəbiristanlıqda 9 ay yaşayana 7500 DOLLAR VERİLƏCƏK - FOTO-VİDEO

BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə “Brooklyn Paper” müvafiq elana istinadən yazır.

Bu qəbiristanlıqda 9 ay yaşayana 7500 DOLLAR VERİLƏCƏK - FOTO-VİDEO

Layihədə iştirak müddəti doqquz aydır (2021-ci ilin yanvar ayından sentyabr ayınadək).

Rəssamın ixtiyarına verilən əmlak qəbiristanlığın özündə olacaq. Yaşayış yerindən əlavə, o, Qrin-Vudun 1838-ci ildə qurulduğu gündən başlayan tarixi haqqında məlumatları ehtiva edən arxiv sənədlərinə giriş əldə edəcək.

Bu qəbiristanlıqda 9 ay yaşayana 7500 DOLLAR VERİLƏCƏK - FOTO-VİDEO

Elanda deyildiyinə əsasən, dəvət olunan rəssam qəbiristanlıqla bağlı installyasiya, yaxud başqa bir yaradıcı layihə həyata keçirməlidir. O, həmçinin, fəaliyyətinə dair azı bir mühazirə keçməlidir. İş başa çatdıqdan sonra rəssam 7.500 dollar məbləğində pul alacaq.

Bu qəbiristanlıqda 9 ay yaşayana 7500 DOLLAR VERİLƏCƏK - FOTO-VİDEO

Qrin-Vud Bruklinin turizm yerlərindən biridir. Burada siyasətçilər, mədəniyyət xadimləri və digər fəxri sakinlər dəfn olunub. Qəbiristanlıqda mütəmadi olaraq ekskursiyalar və müxtəlif istirahət tədbirləri keçirilir. Bura, həmçinin, 1775-1783-cü illərdəki müharibə zamanı baş verən döyüşlərlə tanınır.