Bu qadın 40 ildir ki, yatmır – Səbəbi açıqlandı – FOTObackend

Bu qadın 40 ildir ki, yatmır – Səbəbi açıqlandı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir.
45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqnoz qoyula bilmədiyini deyən Li Zhanying son çarə olaraq paytaxt Pekindəki bir yuxu klinikasına yerləşdirilib.
Linin həkimləri onun digər insanlardan fərqli bir yuxu tərzinə sahib olduğunu aşkar ediblər.
Burada edilən müayinədə Li Zhanyingin danışarkən, gəzərkən, işləyərkən qəflətən yuxu rejiminə keçdiyini, ancaq qadının vəziyyəti anlamadan işinə davam etdiyi bildirilib.
Qeyd edək ki, Li-nin beyninə yerləşdirilən sensorlar onun gündə cəmi 10 dəqiqədən çox yatmadığını göstərib.