“Bu, Putin rejiminin sonudur” — Generaldan dəqiq planbackend

“Bu, Putin rejiminin sonudur” — Generaldan dəqiq plan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Xarici Kəşfiyyat Xidmətinin eks-başçısı, ordu generalı Nikolay Malomuj danışıb ki, Rusiyanı kapitulyasiya etməyə nə məcbur edə bilər.

Öz fikrini o, «Freedom»un efirindən səsləndirib («UNİAN»).«Əgər biz, çox sistemli şəkildə strateji hücum əməliyyatları işləyib hazırlasaq… bir neçə strateji istiqamətlərdə qlobal panika şəraiti yaratmaq üçün… Bunun ardınca uyğun olaraq, cəbhələr dağılır, məsələn, şərqdə, cənubda… Bu, artıq bizim ölkəmizin ərazilərinin, o cümlədən, Krımın tamamilə azad edilməsi perspektividir. Bax bu, artıq kaptulyasiyadır»- Malomuj bəyan edib.

Onun sözlərinə görə, Rusiyanın belə qlobal məğlubiyyəti – bu, Putin rejiminin sonudur və Rusiya Federasiyasının ərazi quruluşunun dəyişməsi perspektividir.

«Bu, həm də bizdən asılıdır, USQ-dən və payızda, qışda xüsusi əməliyyatların planlaşdırılmasının effektli modelindən… Və bizim həmkarların qüvvələrinin birləşdirilməsindən ki, onlar qətiyyətli fəaliyyət göstərsinlər» – general hesab edir.

Malomuj əlavə edib ki, həm daxili, həm də xarici «silkələnmələr» sistemli qələbələrə gətirməyəcək: «Üzücü, mövqe müharibəsi olacaq. Bu variant bizim üçün deyil».

“AzPolitika.info”