“BU PULLA DOLANA BİLMİRSİZSƏ, UŞAQ PULU ALMAYANLAR NECƏ DOLANSIN?” – SƏRDAR CƏLALOĞLUDAN DEPUTATLARAbackend

“BU PULLA DOLANA BİLMİRSİZSƏ, UŞAQ PULU ALMAYANLAR NECƏ DOLANSIN?” – SƏRDAR CƏLALOĞLUDAN DEPUTATLARA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deputatların maaşının artırılması məsələsinə münasibət bildirib. ADP sədri TİA. Az-a bildirib ki, maaş artımı tələb edən deputatlar xalqı da düşünməlidir:

“İnsanların həyat səviyyəsinin yüksəldilməsi istiqamətinə yönəlik siyasətin aparılması alqışlanmalıdır. Ancaq bu zaman insanlar arasında ədalət prinsipi gözlənilməlidir. Yəni bir adam on min manatla ötüşə bilmirsə, həmin adam xalqın lehinə elə qanunlar verməlidir ki, sadə vətəndaş da 100-150 manatla ötüşməli olmasın. Götürək, uşaq pulu məsələsində bir deputat səsini çıxarmır, deyirlər ki, uşaq pulu vacib deyil. Özlərinə gələndə isə deyirlər ki, 2500 manatla ailəmizi saxlaya bilmirik. Siz bu pulla dolana bilmirsinizsə, işləməyən, uşaq pulu almayan vətəndaşlar necə dolansın? Mənə elə gəlir ki, deputatların əmək haqqının qaldırılması, deputatlara verilən rüşvətdir ki, xalqın əleyhinə olan istənilən qanunun qəbulunda iştirak etsinlər”.
Qeyd edək ki, “Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında” qanuna edilən dəyişikliyə əsasən Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

Aytac

TİA. Az