“BU PLAN DEYİL, PLANIN İFLASIDIR…” – Qərb ekspertləribackend

“BU PLAN DEYİL, PLANIN İFLASIDIR…” – Qərb ekspertləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 21-də elan etdiyi səfərbərlik və nüvə təhdidi blefdir, yoxsa Kreml rəhbəri doğrudan da Ukrayna müharibəsində real dönüş yaratmağa çalşır? Bu resurslar Moskvanın qələbəsini təmin etmək üçün yetərlidirmi? Bu sırada başqa suallar da var.

Qərb ekspertləri hesab edirlər ki, Putin Ukrayna ərazilərində keçirməyə çalışdığı qondarma referendumlardan isitifadə edərək “Rusiya” ərazisinin hücum altında olduğunu iddia edə bilər.

Karnegi Beynəlxalq Sülh Fondunun təhlilçisi Aleksandr Baunov: “Xarici əsgərlərin Rusiya sərhədini keçməsi – sərhədin təzəlikcə dəyişdirilməsinə baxmayaraq – Putinin əlinə səfərbərlik, indiyədək yayındığı Ukrayna obyektlərini hədəfə almağa girəvə verəcək, nüvə təhdidlərinin abstraktlığını azaldacaq”.

Vaşinqtonda yerləşən Rand Corp təhlil mərkəzindən Dara Massikotun: “Kreml Kiyevi, həmçinin Ukraynanın döyüş uğurlarında vacib hərbi dəstək göstərmiş Qərb ölkələrini qorxutmaq istəyir. Onlar ümid edirlər ki, anneksiya beynəlxalq sistemi sarsıdacaq, “Rusiya ərazisi”ylə bağlı nüvə təhdidləri atəşkəsə səbəb olacaq, Ukraynaya dəstəyi azaldacaq. Anneksiya strategiyası döyüşlərə və Qərbin Ukraynaya dəstəyinə son qoya bilməsə, Kreml özündən çıxa, raket zərbələrinə, kiberhücumlara əl ata, təlimlər, yaxud yerdəyişmələr vaxtı nüvə silahlarını nümayiş etdirə bilər”.

Hərbi təhlilçi Rob Li: “Kremlin son addımları Putinin müharibəni uduzarsa hakimiyyətinin taleyindən narahatlığını göstərir. Onun üçün nə daha böyük risk törədir: səfərbərlik, taktiki nüvə silahlarından istifadə, yaxud Donbası və Ukraynanın işğal olunmuş digər ərazilərini itirmək? Putin ümumi səfərbərlik elan etməsi onu böyük siyasi risklərlə üzləşdirə bilər. Çünki bunun müharibədə Rusiyaya köməyi dəyəcəyinə qarantiya yoxdur. Pis təlim görmüş və motivasiyası aşağı rusiyalı əsgər çoxluğu böyük üstünlük demək deyil”.

R.Politik analitik qurumu: “Moskvanın referendumu gözlənildiyi kimi, bir neçə aya deyil, bir neçə günə keçirmək istəyi plan deyil, planın iflasıdır”.

Ukrayna qüvvələrinin son həftələr gerçəkləşdirdiyi əks-hücum Rusiya millətçilərini qəzəbləndirib. Onlar Kremli tənqid edir, Putini ümumi səfərbərlik elan etməyə, Ukraynanın mülki infrastrukturunu bombalamağa, hət