Tribuna İnformasiya Agentliyi

Bu oteldə qalıb qrip olanlara 3 min 500 dollar veriləcək – MARAQLI

12 İyun
ABŞ-da vaksinlərin nə qədər təsirli olduğunu araşdırmaq istəyən elm adamları 10 gün boyunca “Qrip” otelində gecələmək istəyən könüllülər axtarır.
Moderator.az xəbər verir ki, otel öz istəyi ilə qrip olacaq könüllülərə ev sahibliyi edəcək. Əvvəlcədən peyvənd olan könüllülər daha sonra viruslara yoluxdurulacaq.
Təcrübədə iştirak edənlərə yerləşdirmə və yol xərcləri üçün 3 min 500 dollar veriləcək və könüllülər 10 gün ərzində oteldə nəzərətdə saxlanılacaq.
Standart otel xüsusiyyətlərinə malik kompleksdə könüllülərə yardım edəcək tibb bacıları da olacaq. Elm adamları oteldəki ilk işi altı ay ərzində aparmağı planlaşdırırlar.