Bu ölkədə qadağalar ləğv olunurbackend

Bu ölkədə qadağalar ləğv olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiyada koronavirusla bağlı qoyulan məhdudiyyətlər aradan qaldırılır. TİA.AZ xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Jan Blanti məlumat verib.

O, Nazirlər Kabinetinin “COVID-19”la bağlı verdiyi qərarları ictimaiyyətlə bölüşüb. Nazir epidemiya səbəbi ilə 4 olan risk səviyyəsinin ölkədə 3-ə düşdüyünü, bu səbəbdən bəzi məhdudiyyətlərin aradan qaldırılmasına qərar verildiyini bildirib.

Xidmət sektoru da daxil olmaqla bütün müəssisələrin dekabrın 3-də açılacağını bildirən Blatni restoranların da fəaliyyət göstərəcəyini və iş yerlərində müəyyən sayda müştəriyə xidmət veriləcəyini açıqlayıb.

Nazir restoran, barların saat 22:00-a qədər açıq olacağını, ən çox 4 nəfərin birlikdə olmasına icazə veriləcəyini və açıq yerlərdə isə 50 nəfərdən az insanın iştirakı ilə kiçik tədbirlərin baş tutacağını söyləyib.

Qeyd edək ki, Çexiyada son 24 saatda 2 min 665 nəfər virusa yoluxub.