Bu ölkədə peyvənd olunanlara 50 manat verilirbackend

Bu ölkədə peyvənd olunanlara 50 manat verilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Peyvənd olunanlara 3000 Serbiya dinarı (50 manat)” kampaniyası izdiham yaradıb.

Serbiyanın paytaxtı Belqradda bir alış-veriş mərkəzinin təşkil etdiyi “Vaksin olan ilk 100 nəfərə 50 manat endirim çeki” kampaniyası izdiham yaradıb.

TİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Serbiyanın paytaxtı Belqraddakı “Usce adlı” alış-veriş mərkəzi koronavirus vaksinasiyasında iştirak edən ilk 100 nəfərə 50 manatlıq endirim çeki veriləcəyini bildirib.

Alış-veriş mərkəzinin bu ideyasının ardından mağazanın önündə izdiham yaşanıb.

Həm koronavirus peyvəndi olmaq üçün, həm də endirim kuponu əldə etmək istəyənlər bir-birləri ilə yarışıb.