Bu ölkədə mərc qoymaq qanuniləşdibackend

Bu ölkədə mərc qoymaq qanuniləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanda bukmeker kontorlarının fəaliyyətinə icazə verilib.

TİA.AZ xəbər verir ki, bu barədə ölkə prezidenti Şavkat Mirziyoyevin 2019-cu ilin dekabrında imzaladığı “Özbəkistanda futbolun inkişafında tamamilə yeni bir mərhələyə qalxmaq üçün tədbirlər haqqında” Fərmanında qeyd olunub:

“İdman, xüsusən də futbol sahəsini daha da inkişaf etdirmək üçün Özbəkistan Respublikasında 1 yanvar 2021-ci il tarixindən etibarən mərc fəaliyyətinin həyata keçirilməsinə icazə verilsin”.

Mütəxəssislərin fikrincə, idman yarışlarının, xüsusən də futbol oyunlarının hesablarına qoyulan mərclərin qanuniləşdirilməsi hər il “kölgə iqtisadiyyatı”ndan 50 milyonadək ABŞ dollarının çıxarılmasına şərait yaradacaq.