“Bu ölkədə məmura inam yoxdur…” – ETİRAZbackend

“Bu ölkədə məmura inam yoxdur…” – ETİRAZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Güman etmirəm ki, hər şey məmurları həbs etməklə həll olunur. Çünki bu günə qədər bir çox icra başçıları korrupsiya əməllərinə görə cəza çəkirlər. Amma təkcə onların yox, bütün məmurların malı-mülki deklarasiya ilə bilinməlidir, şəffaf olmalıdır”. TİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında aparıcı Kamran Həsənli deyib. K.Həsənli həbs edilən məmurların mülklərinin müsadirə edilməsiylə bağlı cəmiyyətə məlumat verilməsinin tərəfində olduğunu bildirib:

Amma hər şey söz olaraq dildə qalır. Bizim üçün hansısa məmurun həbsdə olması önəmli deyil, söhbət həmin məmurun dövlətimizə, millətimizə xidmətindən gedir. Bizim üçün maraqlı deyil həbsdə hansısa məmuru əzdilər və ya cəzalandırdılar. Bununla guya nə olacaq ki?! Onların malları, mülkləri hamısı şəffaf olmalıdır ki, insanlarımız da bunu bilsinlər. Bir sözlə, bu ölkədə məmura inam yoxdur”.

K.Həsənli burda insanlarımızın da üzərinə böyük məsuliyyət düşdüyünü bildirib:

“Sovetdən qalan rüşvət yolları bizdə böyük vüsət alıb. Bunun bir məktəbi var və bundan nə canımızı qurtara bilirik, nə də qurtarmaq istəyirik. Bu təkcə məmurlara aid deyil. İnsanlarımızda da günah var. Küçədə jurnalist insanlardan hansısa mövzuyla bağlı müsahibə alanda çox primitiv cavab verirlər, hər şeyi zarafata salırlar. İnsanın öz düşüncəsinə görə də cəmiyyət qurulur”.

Qeyd edək ki, Cəlilabadın həbsdə olan sabiq icra başçısı Namiq Zeynalovun məhkəməsi başlayıb.