Bu ölkədə diskoteka və gecə klubları bağlanır – Dar küçədə siqaret çəkmək qadağan edilirbackend

Bu ölkədə diskoteka və gecə klubları bağlanır – Dar küçədə siqaret çəkmək qadağan edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya hökuməti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə əlavə tədbirlər barədə qərar qəbul edib.Bunu ölkənin Səhiyyə naziri Salvador İlya deyib.

Yeni qərarlara əsasən, ölkə ərazisində diskoteka və gecə klubları bağlanır. Restoran və kafelər saat 01:00-a qədər işləyəcək.

Bundan başqa, pandemiya ilə mübarizə çərçivəsində küçədə spirtli içkilərin içilməsi də qadağan edilib. Eləcə də, iki metr məsafə saxlamaq mümkün olmayan küçələrdə və digər ictimai yerlərdə siqaret çəkmək qadağan edilir.