Bu ölkə vətəndaşlarımız üçün ölkəyə daxil olma qaydalarını asanlaşdırdıbackend

Bu ölkə vətəndaşlarımız üçün ölkəyə daxil olma qaydalarını asanlaşdırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın pey vənd olunmamış vətəndaşları Gürcüstana yalnız mənfi PCR test nəticəsi ilə daxil ola bilər.
TİA.AZ-ın məlumatına görə, oktyabrın 19-dan etibarən Gürcüstan bir sıra dövlətlər üçün ölkəyə giriş qaydalarını sadələşdirib.

Yeni qərara əsasən, Azərbaycanla yanaşı, Ukrayna, Qazaxıstan, Rusiya, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistan vətəndaşları PCR test nəticəsi ilə Gürcüstana daxil ola bilər.
Mənfi PCR test nəticəsi səfərdən əvvəl 72 saat ərzində əldə edilməlidir. Gürcüstana səfərdən üç gün sonra peyvənd olunmamış turistlər yenidən PCR test verməlidir. PCR testi olmayan turistlər 600 dollardan çox məbləğdə cərimələnəcək.