“Bu ölkə sərt karantin tədbirləri tətbiq etmədi və…” – ÜST rəsmisi…backend

“Bu ölkə sərt karantin tədbirləri tətbiq etmədi və…” – ÜST rəsmisi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“…“COVID-19”-u məğlub etməyin açarı- hakimiyyətlə xalq arasındakı etimaddır…”
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi elçisi  doktor David Nabarro İsveç hökumətinin koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində yumşaq məhdudiyyətlər tətbiq etməsini tərifləyib.
Moderator.az xəbər verir ki,  ÜST rəsmisi bunu “Magic” radiostansiyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, İsveçin koronavirusla mübarizə strategiyası uzunmüddətli perspektivdə digər ölkələrə də nümunə olmalıdır. D.Nabarro qeyd edib ki, “COVID-19”-u məğlub etməyin açarı -hakimiyyətlə xalq arasındakı etimaddır…
“İsveçdə hökumət xalqa və xalq da hökumətə etibar edə bildi” -deyə ÜST nümayəndəsi izah edib.
D.Nabarro bu ölkə rəsmilərinin koronavirusun yayılmasına qarşı mübarizə üsulunun  düzgün  olduğunu  və əhali tərəfindən doğru qəbul edildiyini vurğulayıb. Nabarroya görə, İsveç hökuməti vətəndaşların şüurluluğuna güvəndi və sərt karantin tədbirləri tətbiq etmədi və eyni siyasəti gələcəkdə digər ölkələr də aparmalıdır.
ÜST-nin xüsusi elçisinə görə, sərt karantin insanların və kiçik müəssisələrin gəlirlərinə ciddi təsir göstərən “kobud vasitə” dir.
Sultan Laçın