Tribuna İnformasiya Agentliyi

Bu ölkədə cəllad axtarılır

12 Fevral
Şri Lanka hökuməti cəllad vəzifəsi üçün vakansiya elan edib.
Qaynarinfo xəbər verir ki, ölkədə 43 il sonra edam cəzası yenidən tətbiq ediləcək. Narkotik ticarəti ilə məşğul olan şəxslər üçün ölüm cəzası nəzərdə tutulub və 2 ay ərzində icra edilməyə başlanacaq. Hökumət bu məqsədlə cəllad axtarışındadır. Rəsmi dövlət qəzeti “Daily News”da artıq elan verilib. Belə ki, 18-45 yaşlı, yüksək əxlaq və əqli sağlamlığa sahib şəxslər bu işə müraciət edə bilərlər. Cəlladlar üçün ayda 203 dollar maaş nəzərdə tutulub.
Qeyd edək ki, Şri Lankanın sonuncu cəlladı 2014-cü ildə kariyerasını heç kimi öldürmədən başa vurmuşdu.