Tribuna İnformasiya Agentliyi

Bu ölkədə ərzaq və dərman tapılmır: Minimum əmək haqqı 4 dollar oldu

02 May

Latın Amerika ölkəsi olan Venesuelada iqtisadi böhran getdikcə təhlükəli xarakter alır.

Ölkədə ərzaq və dərman çatışmazlığı var. Ölkə rəhbərliyi belə bir zamanda minimum əmək haqqına 155 faiz artım edib. Prezident Nikolas Maduro 1 maydan etibarən minimum əmək haqqının 2 milyon 555 min 500 bolivara yüksəldilməsi barədə sərəncam imzalayıb. Ancaq bu rəqəm ilk baxışda böyük görünə bilər.

Belə ki, “qara bazar”da 1 dollar 640 min bolivara satılır. Bu isə o deməkdir ki, ölkədə minimum əmək haqqı 4 dollar olub. Dolların rəsmi məzənnəsində kəskin fərq olduğundan minimum əmək haqqı 38 dollara bərabər olur. Ancaq ölkədə dollar əsasən “qara bazar”da satılır.

Məlumat üçün bildirək ki, Venesuelada 20 mayda prezident seçkisi keçiriləcək.