Bu nazirliklərdə çalışan doqquz vəzifəli şəxs işdən çıxarıldı – RƏSMİbackend

Bu nazirliklərdə çalışan doqquz vəzifəli şəxs işdən çıxarıldı – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2019-cu ildə Prezident Administrasiyasına daxil olmuş vətəndaş müraciətlərinə nəzarətlə baxılmasına xüsusi əhəmiyyət verilib. Nəzarətə alınmış müraciətlərə baxılması nəticəsində 24 nəfər barəsində intizam tənbehi tədbirləri görülüb.

TİA.AZ  xəbər verir ki, bu və digər məsələlər Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində öz əksini tapıb.

S.İsmayılovun sözlərinə görə, Prezident Administrasiyasına daxil olmuş müraciətlərdə vətəndaşlara münasibətdə süründürməçiliyə yol verən doqquz vəzifəli şəxs işindən kənarlaşdırılıb:

“Nəzarətə alınmış müraciətlərə baxılması nəticəsində görülən intizam tənbehi tədbirləri ilə yanaşı, o cümlədən, Daxili İşlər, Təhsil, Səhiyyə, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və başqa təşkilatlarda doqquz nəfər vəzifəli şəxs vətəndaşlara münasibətdə süründürməçiliyə, vəzifə səlahiyyətlərindən sui-istifadəyə, müraciətlərin araşdırılmasında səhlənkarlığa yol verdiklərinə görə vəzifəsindən kənarlaşdırılıb”.