“Bu müharibə Putin dövrünün sonu olacaq” – Almaniyanın hakim partiyası mövqeyini açıqladıbackend

“Bu müharibə Putin dövrünün sonu olacaq” – Almaniyanın hakim partiyası mövqeyini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Prezident Vladimir Putinin rəhbərlik etdiyi müddətdə Almaniyanın Rusiya ilə münasibətlərinin normallaşmasından söhbət belə gedə bilməz.
Qaynarinfo xəbər verir ki, bunu Bild-ə müsahibəsində hakim Sosial-Demokrat partiyasının həmsədri Lars Klinqbayl deyib.
“Əminəm ki, normal münasibətlər zəminində yenidən Vladimir Putinlə eyni masa arxasında əyləşəcəyimizi görməyəcəyik. Artıq o zamanlar bitib”, – partiya həmsədri bildirib.
Klinqbayl, Putin dövrünün başa çatmaq üzrə olduğunu da bildirib.
Lars Klinqbayl: “Ukraynada dörd həftə davam edən müharibədən sonra Putin öz hökümət və təhlükəsizlik xidməti üzvlərinin dəstəyindən məhrum olur”
“Hesab edirəm ki, bu müharibə Putinin sonu olacaq”, – deyən Klinqbayl əlavə edib ki, Ukraynada dörd həftə davam edən müharibədən sonra Putin öz hökümət və təhlükəsizlik xidməti üzvlərinin dəstəyindən məhrum olur.
“Putinə suallar verilsə, Rusiyada siyasi proseslər daha tez sürət qazanacaq. O, ölkəsini fəlakətə aparır”, – o deyib.
Klinqbayl, həmçinin bu həftə Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı beşinci sanksiya paketinin razılaşdırılacağını bildirib, lakin Rusiyanın enerji resurslarına qadağanın qoyulub-qoyulmayacağına dair dəqiq məlumat verməyib.