Bu müəllimlərin əmək müqaviləsinə xitam veriləcəkbackend

Bu müəllimlərin əmək müqaviləsinə xitam veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni tədris ili başlayana qədər müəllimlərin sertifikasiya imtahanının müsahibə mərhələsinin keçirilməsi planlaşdırılır”.

TİA.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib.

O qeyd edib ki, artıq müsahibə komissiyaları yaradılıb. Müsahibə bəzi müəllimlərlə onlayn, bəziləri ilə isə canlı olacaq: “Çalışacağıq ki, müəllimlər bu ay əlavələrini ala bilsin”.

Nazir imtahanda bəzi müəllimlərin sözləri səhv yazmaları məsələsinə aydınlıq gətirib. O qeyd edib ki, bu, hələ ilkin nəticələrdir, niyə baş verməsi araşdırılmalıdır:

“Yəqin ki, müxtəlif səbəblər olacaq. Əminəm ki, əsas səbəb imtahanlar ilk dəfə keçirildiyindən yaranan həyacan olub. Gördüyümüz odur ki, imtahan mərhələsində minimal balı toplayan müəllimlərin yarısından çoxu 25-28 bal toplayıb. Hansısa 2-3 bal həmin müəllimlərin uğur əldə etməsinə mane olub. Əminəm  ki, bu aradan qaldırıla biləcək məsələdir. Bilirik ki, zəif nəticə göstərən müəllimlər üçün növbəti il də sertifikasiya imtahanı keçiriləcək. Onlar üçün təşkil ediləcək təkmilləşdirmə kursları kömək olacaq, həm həyacanları dəf edə biləcəklər, həm də lazım olan 3-5 balı toplayacaqlar. Müəllim ikinci mərhələdə uğur qazanmasa və üzrsüz səbəbdən iştirak etməsə, onların əmək müqaviləsinə xitam vermək məcburiyyətində qalacayıq. Bu, qanunvericiliyin tələbidir”.