Bu məhsullarda ƏDV ləğv edilir: Müsbət və mənfi nüanslar – Ekspertdən təklifbackend

Bu məhsullarda ƏDV ləğv edilir: Müsbət və mənfi nüanslar – Ekspertdən təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu qərarın məntiqi insanları sağlam həyat tərzinə təşviq etmək və tütün, alkokollu içkilərin ƏDV-ni geri qaytarmamaqla onların müəyyən dərəcədə bu məhsullara yönəlməsinə maneçilik yaratmaqdır. Avtomobillərlə bağlı qərar, ümumiyyətlə, məntiqsisdir. Çünki avtomobillərin rəsmi dillerlərdə satışları zamanı ƏDV geri alınırdı. Bu, rəsmi dillerlərlə vətəndaş arasında olan münasibətlərə də aid idi. Ona görə burada ƏDV-ni ləğv edilməsini doğru saymıram”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli gələn ildən avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarına görə ödənilən ƏDV-ni geri alınmaması ilə bağlı Vergi Məcəlləsinə edilən qəyişkliklərdən danışarkən deyib.
Ekspert burada çox ciddi texniki problemlərin olduğunu vurğulayıb:
“Hətta düşünürəm ki, yanvarın 1-dən bu qaydaların tətbiq edilməsi mümkünsüz olacaq. Nəyə görə, bütün ölkə üzrə satış kassalarında yeni proqram təminatına ehtiyac olacaq. Azərbaycan əhalisinin böyük əksəriyyəti əsasən böyük supermarketlər şəbəkəsindən alış-veriş edir. Həmin marketlərdə verilən çeklərdə bütün hesablamalar eyni qaydada aparılır və sonda ƏDV hesablanır. ƏDV-ni geri qaytarılması üçün nəğd ödənişdə ƏDV 10%-i, kartla ödənişdə isə 15%-i geri qaytarılırdı. İndi o kassa çeki necə hesablanacaq? Kassların proqram təminatı necə yenilənəcək? Bunun xərcini kim ödəyəcək? İş adamları, yoxsa dövlət tərəfindən hər hansı bir güzəşt olacaq? Proqram tərtibatında ayrı-ayrı hesablanacaq? Ərzaq məhsulları ayrıca hesablanacaq? Bu texniki məsələlər öncədən həll edilmədən qərarın tətbiqinə iki ay qalmış belə bir açıqlamanın verilməsi çox ciddi texniki problemlərin yaşanmasına səbəb olacaq”.
Natiq Cəfərli bu məsələdə tələskənliyə yol verildiyini diqqətə çatdırıb:
“Çox güman ki, bu məsələnin tətbiqi ertələnəcək. Bu, texniki alt yapı, yeni hesablama qaydaları tələb edir. ƏDV-nin geri qaytarılması yaxşı düşünülmüş kampaniyadır, amma nəğd ödənişlər üçün bunun tətbiq olunması məntiqsisdir. Yəni “ƏDV-ni geri al” kampaniyasının əsas məqsədi ölkədə nəğdsiz ödənişləri təşviq etmək idi ki, iqtisadiyyatda ticarət dövriyyəsi ağarsın. Ona görə də nəğd ödənişlərdə ƏDV-ni geri alınması kampaniyası ləğv edilməli, amma kartla ödənişlərdə daha ciddi geri qaytarılma faizləri tətbiq edilməlidir. İndiki 15%-i 30%-ə qaldırmaq olar”.
Qeyd edək ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə görə, gələn ildən avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarına görə ödənilən ƏDV-ni geri almaq mümkün olmayacaq.