“Bu kimi əməlləri insanları öldürməsə də, insanlığı öldürür”-“Karaca” mağazasından ŞİKAYƏTbackend

“Bu kimi əməlləri insanları öldürməsə də, insanlığı öldürür”-“Karaca” mağazasından ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaman-zaman sosial şəbəkələrdə müştərilərin aldıqları məhsullarla bağlı şikayət etdiyinin şahidi oluruq. Növbəti şikayət “Karaca” mağazasından gəlib.
Nigar Xudaverdiyeva adlı sosial şəbəkə istifadəçisi yazır ki, martın ikisində “Karaca” mağazasından aldığı məişət əşyasında problem olub. TİA.AZ xəbər verir ki, müştəri bununla bağlı mağazaya müraciət etsə də problem həllini tapmayıb:
“Mahirə xanım adında menecer bizə bildirdi ki, bizlik heç bir şey yoxdur, martın 10-dan sonra gəlin, kameranı açaq ve baxaq. Biz 15 mart tarixində yenidən mağazaya getdik, lakin kamera görüntülərini göstərməkdən imtina etdilər, hətta bizə bildirdilər ki, orda çatlaq olduğunu görsək belə edə biləcəyimiz heç nə yoxdur”
Müştəri əlavə olaraq bildirib ki, bu mağazada şikayətlərini çatdıracaq məsul şəxsi tapmaq özü də problemdir:
“Ümumiyyətlə, sistemi elə qurublar ki, şikayət edə biləcəyimiz adamı da tapa bilmirdik. Ofis məxfi, heç bir email ünvanı ya da telefon nömrəsi yox. Mən “Karaca”nın daimi müştərisi olaraq bu davranışı onlara heç yaraşdırmadım. Müştəri qazanmaqdansa, itirdilər. İnsanların hüquqları pozulur və onların bu kimi əməlləri insanları öldürməsə də,insanlığı öldürür.

Aytac Sahəd

TİA.AZ