Tribuna İnformasiya Agentliyi

Bu kağız üzərində heç bir ləngimə olmadan yazmaq mümkündür

04 Dekabr

Elektron kağız texnologiyası üzrə ixtisaslaşmış “E Ink Holdings” şirkəti ən yeni hazırlamasını Tokioda keçirilən “Connected Ink 2018” konfransında nümayiş etdirib.

TİA.AZ ICTnews-a istinadən bildirir ki, “JustWrite” adlandırılmış yeni hazırlama elektroforetik plyonka formasındadır və onun üzərində xüsusi qələmlə heç bir ləngimə olmadan yazmaq mümkündür.