Bu imtahanlar ödənişsiz keçiriləcək -SİYAHIbackend

Bu imtahanlar ödənişsiz keçiriləcək –SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzi Koronavirus (COVID-19) ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinfi şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9 və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi) 2020-ci il iyul ayınadək ödənişsiz keçirməyə qərar verib.

TİA.AZ  ödnişsiz sınaq imtahanlarının siyahısını təqdim edib:

• IX sinif Buraxılış 2020 (I və II mərhələ) (№1)
• IX sinif Buraxılış 2020 (I və II mərhələ) (№2)
• Азербайджанский язык для русского сектора (IX класс Выпускной) 2020 (№1)
• Азербайджанский язык для русского сектора (XI класс Выпускной) 2020 (№1)
• Азербайджанский язык для русского сектора (IX класс Выпускной) 2020 (№2)
• Азербайджанский язык для русского сектора (XI класс Выпускной) 2020 (№2)
• IX sinif Buraxılış 2020 (I və II mərhələ), №2 (Tədrisi ingilis dilində olan məktəblər üçün)
• XI sinif Buraxılış 2020, qəbul imtahanı I mərhələ, №2 (Tədrisi ingilis dilində olan məktəblər üçün)
• XI sinif Buraxılış 2019, qəbul imtahanı I mərhələ, №3
• XI sinif Buraxılış 2019, qəbul imtahanı I mərhələ, №2
• XI sinif Buraxılış 2019, qəbul imtahanı I mərhələ, №2 (Tədrisi ingilis dilində olan məktəblər üçün)
• IX sinif Buraxılış 2019 (I və II mərhələ) (№1)
• Азербайджанский язык для русского сектора (XI класс Выпускной) 2019 (№2)
• 2020-ci il sınaq imtahanı, II mərhələ, №1
• 2019-cu il sınaq imtahanı, II mərhələ, №5
• 2019-cu il sınaq imtahanı, II mərhələ, №4
• 2019-cu il sınaq imtahanı, II mərhələ, №3
• 2019-cu il sınaq imtahanı, II mərhələ, №2
• 2019-cu il sınaq imtahanı, II mərhələ, №1
• 2019-cu il sınaq imtahanı, II mərhələ
• 2018-ci il sınaq imtahanı (№4)
• 2018-ci il sınaq imtahanı (№2)
• 2018-ci il sınaq imtahanı (№1)
• 2018-ci il qəbul imtahanı (May)
• Abituriyent №1 2018 (sınaq imtahanı)
• 2017-ci il qəbul imtahanı (A variantı)
• 2016-cı il qəbul imtahanı (A variantı)
• 2015-ci il qəbul imtahanı (A variantı)

Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər.

Onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə edə, yenidən test tapşırıqlarına baxa, onları təhlil edə, öz cavablarınızla düzgün cavabları müqayisə edə biləcəksiniz.

Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaqla bağlı qaydalarla otk.az portalında “Təlimatlar” bölməsində tanış ola bilərsiniz.
Buraxılış imtahanları
https://otk.az/?menu=courses&id_category=2
Qəbul imtahanının II mərhələsi
https://otk.az/?menu=courses&id_category=1
Video təlimat
https://otk.az/?menu=telimat_video
*Hər bir imtahana 1 dəfə yazılmaq mümkündür.